Estrada müğənnisi Zamiq Hüseynov Avropa ölkələrinə üz tutacaq. O, toy mövsümünün başa çatmasından istifadə edərək bir neçə gün dincələcək. Bu haqda SİA-ya açıqlama verən Zamiq yeni mahnılar üzərində çalışdığını deyib: "Çox yorulmuşam. Odur ki, vətəndən uzaqlaşıb, bir çox Avropa şəhərlərini gəzmək istəyirəm. Hələ ki, tam qərara gəlməmişəm. Onu da deyim ki, bir neçə mahnı üzərində çalışıram. Hətta "Bu şəhəri çox sevirəm" adlı bəstəmi ekranlaşdırmağı da düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB