Bu gün müğənni Manaf Ağayevin ailəsində xoş hadisə yaşanır. SİA-nın verdiyi xəbərə görə, sənətçinin bacısı oğlu Əbdül sevib seçdiyi xanımla ailə həyatı quracaq. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Bəzi saytlar yazıb ki, guya qızım Səmayə gəlin köçür. Ancaq bu xəbər yalandır. Bu gün bacım oğlu Əbdülün toyunu edirik. O, Gülnar adlı xanımla evlənəcək. Elə bu münasibətlə də ilk olaraq sənət dostum Nazənin xanım məni efir vasitəsilə ilə təbrik etdi. Onu da deyim ki, gecədə bir çox sənət dostlarım da iştirak edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB