Sənətçi sənət dostlarını başına yığdı

Sənətçi sənət dostlarını başına yığdı

Müğənni Kərim Abbasov mətbuat nümayəndələrini başına yığaraq yeni klipinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Sevəcəm" adlı klipini lentə aldırıb. Onun bu xoş günündə sənət dostları, xalq artisti Flora Kərimova, müğənnilər Emil Bədəlov, Elnur Məmmədov, Xatun, Pərvin Lətifov, Niyam Səlami, Elnarə Abdullayeva, bəstəkar Gövhər Həsənzadə tək qoymayıblar.

Xalq artisti Flora Kərimova tədbirdə çıxış edərək Kərimin səsini və klipini bəyəndiyini söyləyib.

Kərim jurnalistlərin suallarını cavablandırdıqdan sonra şou-biznes nümayəndələri ilə birlikdə üzərində şəkli olan tortu kəsib.

Nəzərinizə çatdıraq ki, Kərim təqdimatda "Sevəcəm" ekran işi ilə yanaşı, yeni fotossesiyasını da sevənlərinin ixtiyarına verib.

Qeyd edək ki, "Sevəcəyəm" mahnısının sözləri və musiqisi Nihad Cabbarovundur. Klipin rejissoru isə Rəhman Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə