Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva yeniliklər üzərində çalışır. Bu haqda SİA-ya rəqqasənin özü məlumat verib: "Yeni layihə üzərində işləyirəm. Demək olar ki, bütün vaxtım ona həsr edirəm. Yaxın vaxtlarda təqdim edəcəyim layihədən çox danışacaqlar. Hər zaman fərqli və orijinal işlərlə seçilməyə çalışmışam. Üzərində işlədiyim rəqsə təxminən bir il bundan öncə start vermişəm və artıq yekunlaşmaq üzrədir. İnanılmaz bir layihə olduğunu deyə bilərəm. Bu rəqsdə tamaşaçılar Fatiməni başqa ampluada görəcəklər. Bəzi həmkarlarıma da demək istəyirəm ki, əvvəllər olduğu kimi mənim etdiyim işləri öz adlarına çıxara bilməyəcəklər. Çünki öncədən hər şey ölçülüb-biçilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB