Əməkdar artist qızına şeir həsr etdi

Əməkdar artist qızına şeir həsr etdi

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə dünyaya gəlməmiş qizi haqqında şeir yazib. SİA-nin verdiyi xəbərə gorə, "Ürəyimin altında böyütdüyüm qızım..." misrası ilə başlayan şeirdə o dünyaya gələcək körpəsinə müraciət edib.

Həmin şeir sizlərə təqdim edirik:

Ürəyimin altında böyütdüyüm qızım

bu gün yeddi ayın oldu

bətnimdə

görmədiyim üzün

öpmədiyim balaca

ovcunda toz gizlədəcəyin əllərinçün darıxıram

indidən

şəkərbura ayaqların

süd qoxulu boynundan öpmək olmaz

deyir nənəm

böyüməyi öyrənirsən

yaşamağa yol gəlirsən

hardan gəldiyin bəlliykən

hara gəldiyini hələ bilmirsən

sənə rəngli bələklər

əllərim boyda gömləklər

çiçək bəzəkli ləçəklər alacaq nənən

görərsən

bir bilsən necə gözlənilirsən...

gecələri oyaq qalacaqsan deyirlər

bir qurtum süd istəyib ağlayacaqsan deyirlər

bircə mənim

təkcə mənim qoynumdaykən

ovunacaqsan deyirlər

anladım, qızım

anladım

sən

məni hamıdan çox sevəcək

sən mənə hamıdan çox güvənəcək sən

məni hamıdan çox üzəcək birisən

və hər şeydən çox

və hər şeydən çox

məni həyata

məni dünyaya bağlayacaq birisən

qram-qram böyüməklə

ömrümə yol gəlirsən...

artıq ilk üsyanlarını duyuram

ilk vətənin dar gəlir sənə

əl-qol atırsan

mənəmi can atırsan, qızım

dünyamı çağırır səni?

yolun uzun...

ömrün uzun...

nə tələsirsən, quzum?!

Səni sevgidən yoğurduq

Sən ağrıdan doğulacaqsan

ilk səsinlə

ilk nəfəsinlə

yeni dünya doğuracaqsan

ürəyimin altında böyütdüyüm param,

üzünü görmədiyim,

səsini duymadığım,

qoxunu almadığım

Yavru balam

anandan ağlayanda da gülməyi öyrən

səni gülən görmək istəyirəm, körpəm

gülməyi öyrən..."

Bütün xəbərlər Facebook səhifəmizdə