Teleaparıcı Səxavət Nur, müğənnilər Günay İbrahimli və Aysel Babayeva reklam çarxı üçün imiclərini dəyişərək yeni fotosessiya etdiriblər. İstanbulda Osmanlı sarayında çəkilmiş fotosesiyanın ideya müəllifi Yusuf Eren Yalçındır. Maraqlı fotosessiya haqda Səxavət SİA-ya açıqlama verib: "Milli geyimləri sevirəm. Mənim öz qarderobumda hələ Muğam Müsabiqəsi üçün tikdirdiyim milli geyimlərim var. Amma Osmanlı dövrünə mənsub geyimlərdə fotosessiya ürəyimcə oldu. Özümü çəkiliş müddətində Osmanlı şahzadəsi kimi hiss etdim. Tarixi janrda çəkilən film və ya serialda rol almaq ən böyük arzularımdandır. Günay və Aysellə Bakıdan kənarda iş prosesində olmaq çox zövqlüdür. Qızlar kaprizsiz və çox mehribandırlar. Ən əsası çox istedadlıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB