Bir çox hit mahnıların müəllifi istedadlı bəstəkar Pərviz Mahmudov vətənpərvər mövzuya müraciət edib. Onun yeni "Azərbaycan" adlı bəstəsini İlahə İbadova repertuarına daxil edib. Bu haqda SİA-ya Pərvizin özü məlumat verib: "İlahə İbadova xalq mahnıları və mahnı janrında uğurlu ifasıyla seçilən müğənnidir. Hər zaman pop mahnılar bəstəkarı kimi tanınmışam. Vətənimizi çox sevirəm. Azəri övladı olduğum üçün hər zaman fəxr edirəm. Azərbaycanın günü-gündən inkişafını görmək məni yaradıcı insan kimi ilhamlandırır. Vətənpərvər mövzuda mahnıların davamı olacaq. Bununla bağlı çox gözəl ideyalarımız var. Yaradıcı komandamızla artıq bu planlar üzərində işləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB