Bu gün əməkdar artist Almaz Ələsgərovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, bu haqda sənətçinin mətbuat katibi məlumat verib: "Öz yaşından cavan görünmək və böyük ürəyə sahib olmaq çox az insanlara nəsib olur. Almaz Ələsgərovanı da bu siyahıya aid etmək olar. O, çox enerjilidir. Bu enerji və bənzərsiz ifalar qarşısında kimsə dayana bilməz. Hazırda Almaz xanım pərəstişkarlarının ardı-arası kəsilməyən, çox saylı təbrik və zənglər gəlir. Onu da deyim ki, sözügedən müğənni yeni layihələr üzərində də çalışır".
Nəzərinizə çatdıraq ki, A.Ələsgərova 1966-cı ildə oktyabr ayının 6-da dünyaya gəlib. 1985 – 1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil alıb. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb. 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub. 1999-cu ildə Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olub. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülüb. 2007-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti adını alıb.
Qeyd edək ki, hazırda əməkdar artist "Oğurlanmış arzular" teleserialında əsas rollardan birini canlandırır.
Ad gününüz mübarək!




.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB