“Gənclik marşı”

Gənc müğənni Fərid Mərd yeni mahnılar yazdırır. SİA-nın verdiyi xəbərə görə, müğənnilik və bəstəkarlıq istedadı ilə yanaşı, Fərid Mərd həm də virtual gitara ifaçısıdır. Sənətçi rok üslubda vətənpərvər mövzuda mahnı yazıb. "Gənclik marşı" adlanan bəstənin musiqisi və sözləri Fərid Mərdin özünə, aranjemanı isə DJ Veboya məxsusdur.

Qeyd edək ki, "Gənclik marşı" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə