Əməkdar artist keçmişi xatırladı

Əməkdar artist keçmişi xatırladı

Əməkdar artist Firuzə İbadova keçmişə qayıdıb. O, 70-ci illərdə lentə alınan mahnılarına müraciət edəcək. Bu haqda SİA-ya Firuzə xanımın özü məlumat verib: "70-ci illərdən hazırkı dövrümüzədək səslənən bəstələri bir albomda toplayacam. Bu işdə mənə tələbələrim kömək edəcək. Çox maraqlı layihə alınacaq. Onu da deyim ki, həmkarım Elza Seyidcahana da söz vermişəm. Onun da üç gözəl mahnısını diskə daxil edəcəm. Noyabr ayına kimi sözügedən albomu çıxarmağı planlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə