Bəstəkar-müğənni Hacı Nazim Məmmədov yenidən Həcc ziyarətinə gedir. Onunla birgə müğənni Emil Bədəlov da yola düşəcək. Bu haqda SİA-ya bəstəkarın özü məlumat verib: "Oktyabr ayının 5-i Emillə Həcc ziyarətinə gedirik. Mən dördüncü, Emil isə ikinci dəfədir ki, Məkkəyə gedirik. Ailə qurandan sonra ilk dəfədir ki, Həccə gedirəm. Ancaq ailəmdən xüsusən də qızımdan ötrü darıxacam. Allahdan vacib həyatda heç kimsə yoxdur. O, hər şeydən üstün və birincidir. Elə övladımı da mənə bəxş edən Allahımdır. Hər günümüzə şükür olsun".
Qeyd edək ki, tanınmış simalar 18-20 gün səfərdə olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB