Dj Çinanın avtomobilini qarət ediblər. Bu haqda SİA-ya özü danışıb: "Avtomobilimin şüşəsini sındıraraq içində olan əşyaları oğurlayıblar. Səhər saatlarında qonşu məni oyatdı ki, maşının şüşəsini sındırıblar. Avtomobilimdə olan pulu düşünmədən iş avadanlıqlarımı, oğrular ona heçnə etməsin. Amma maşınıma nəzər yetirəndə qarşılaşdığım mənzərə məni çox kədərləndirdi. Çünki mənə vacib olan çörək ağacımı yəni əl çantamı oğurlamışdılar. Çantanın içərisində vacib əşyalarım vardı. Çantamla yanaşı, pulumu və sənədlərimi də götürüblər. Sözügedən pulu kreditimi ödəmək üçün yığmışdım. Məsələylə bağlı polisə müraciət etsəm də hələ ki, ortalıqda bir şey yoxdur. Oğurlanan əşyalarımın geri qaytarılması ilə bağlı da bütün ümidimi itirmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB