Telekanalların birində canlı yayımda qonaq olan xalq artisti Baloğlan Əşrəfov və müğənni Səidə Sultan arasında gərgin anlar yaşanıb. Sənətçilərin səhnə görünüşündən bəhs edən qonaqların sözləri çəpləşib.
Baloğlan Əşrəfovun "Muğam ifaçısı geyimini bilir. Estrada müğənnisi isə səhnədə tullanıb düşür, sənətinə uyğun geyinmir" -sözləri Səidəni özündən çıxarıb.
Səidə Sultan isə əməkdar artistə "Nə olub mənim geyimimə? Xanım-xatun bir libasım var. Əgər müğənniliyə tullanıb-düşmək kimi baxırsınızsa, onda sənətçi olmayın. İndi hamı müğənnilərin üstünə düşür, pis gözlə baxırlar. Hamı istəyir ki, sənətçiləri bir-birinə dalaşdırsın. Gərək özümüz olmağı bacaraq" – deyə cavab verib.
Məsələ ilə bağlı SİA –ya olaraq Baloğlan Əşrəfovun özü ilə telefon əlaqəsi yaratdıq. Baloğlan müəllim əməkdaşımıza bunları dedi: "Səidə xanıma böyük hörmətim var. Veriliş zamanı bir-birimizi başa düşməsəkdə ancaq bilirəm ki, o xanımda məni çox istəyir. Mən qalmaqal yaratmağı sevən sənətçi deyiləm. Qalmqal yaradan insanlardan da zəhləm gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB