İstirahətdən yenicə qayıdan müğənni Leyla Ramazanlı yeni işlərini sevənlərinə təqdim etməyə hazırlaşır. Belə ki, ifaçı yaxın günlərdə musiqisi İsmail Əsədov, sözləri Arzu Əsədova məxsus olan "Unut" adlı mahnısının klip çəkilişlərini artıq yekunlaşdırıb. Bu barədə SİA-ya Leylanın özü danışıb: "Ümid edirəm ki, klipim uğurlu alınacaq. Bundan əlavə onu da deyim ki, musiqisi bəstəkar Pərviz Mahmudova məxsus olan yeni bəstəmə uyğun fotosessiya da etdirəcəm. Adıçəkilən bəstəkarın mahnısına da ekran işi verməyi düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB