Bu gün xalq artisti Yalçın Rzazadənin oğlu ailə həyatı qurur. Sənətçi gələcək gəlnini oğlunun seçdiyini deyib. Bu haqda SİA-ya Yalçın Rzazadə məlumat verib: "Uşaqlarımın həyatında baş verən hadisələri mən qərar vermirəm. Gələcək gəlnimi Ayseli də oğlum Mətinin özü sevib, seçib. Mən ancaq onlara dəstək oluram. Sevənləri ayırmaq olmaz. Onu da deyim ki, bəzi ailələr qızın varlı və ya kasıb olması ilə maraqlanır. Ancaq mən belə məqamlara əhəmiyyət vermirəm. Əsas odur ki, oğlum xoşbəxt olsun. Allah onları xoşbəxt etsin".
Nəzərinizə çatdıraq ki, müğənninin oğlunun 23, gəlininin isə 20 yaşı var.
Qeyd edək ki, toyda bəy Azərbaycanın məhşur müğənnisi ilə "Dünyanı gəzdim" mahnısını duet oxuyacaq.
Biz də xalq artisti Yalçın Rzazadənin oğlu Mətinə və gəlni Ayselə xoşbəxtlik arzu edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB