Əslən azərbaycanlı olub Türkiyədə yaşayan model Günay Musayeva və həyat yoldaşı aktyor Tolqa Karelin evlərinə oğru girib. SİA-nın verdiyi xəbərə görə, bu haqda model sosial şəbəkədə yazıb: "Bu gün yenə oğurluq şoku ilə yuxudan oyandıq. Evimə girənlər seyfdən şəxsiyyət vəsiqələrimizdən tutmuş, zinət əşyalarımıza kimi hər şeyi götürüblər. Pullarımızı da oğurlamaları bəs etməyib, mətbəxdən kompüterimi və Tolqanın avtomobilinin açarlarını götürüblər. Beləcə, rahat maşınımıza minib gediblər. Biz yan otaqda yatdığımız üçün xəbərimiz olmayıb. Bu necə rahatlıqdır? Polislərin əllərində videogörüntü olmasına baxmayaraq, hələ də adamları tapa bilməyiblər. Artıq hadisədən neçə saat keçib".
Qeyd edək ki, bir müddət öncə də cütlüyün evinə oğrular girmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB