Azərbaycanlı sənətçi boşandı

"Yeni ulduz" yarışmasından tanıdığınız Elnar Xəlilov boşanıb. SİA-nın verdiyi xəbərə görə, bu haqda Elnar şəxsi "Facebook" səhifəsində yazıb: " Dostlar sizə kədərli xəbər verəcəm. Çoxlarının xoşbəxt ailə tablosu kimi gördüyü Elnar Xəlilovun ailəsi dağıldı. Xahiş edirəm bu haqda məndən heçnə soruşmayın. Çünki onda yaram təzələnir və dərdimin üstünə dərd gəlir".

Qeyd edək ki, sənətçi Elnar Xəlilov toyundan 5 ay öncə xristian xanıma müsəlmanlığı qəbul etdirərək ailə həyatı qurmuşdu. Yenicə ayrılmış cütlüyün Yusuf adlı oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə