Modelə sürpriz hazırladılar

Azərbaycanlı model Günay Musayevaya həyat yoldaşı Tolga Karel tərəfindən sürpriz hazırlanıb. SİA-nın verdiyi xəbərə görə, Günay film çəkilişləri ilə bağlı Moskvadan geri döndükdə hava limanında ailəsini görüb. Onu qarşılamağa həyat yoldaşı və övladları gəlib. Bu xoş sürpriz Günayı sevindirib və təsirləndirib.

Qeyd edək ki, bir müddət öncə model Günay Musayeva ilə aktyor Tolga Karelin boşanmaları haqda xəbər yayılmışdı. Buna səbəb isə aktyorun həyat yoldaşına xəyanət etməsi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə