“Klip parad”-ın aparıcısı qayıdır

“Klip parad”-ın aparıcısı qayıdır

Teleaparıcı İlahə Nizamiqızından xəbər var. İlahə yeniden Lider TV-də yayımlanan "Klip parad" verilişinə qayıdır. Bu haqda SİA-ya İlahənin özü danışıb: "Yenidən sözügedən verilişin aparıcısı olacam.Təklif layihənin rejissoru Nail Naiboğludan gəlib. Bu haqda ətraflı danışmaq istəmirəm. Çünki əvvəlcədən danışmaq mənə düşmür. İnşallah, veriliş efirə getdikdən sonra hər şey aydın olacaq".

Qeyd edək ki, İlahə Nizamiqızı "Klip parad" verilişindən bir müddət öncə ayrılmışdı. Buna səbəb isə aparıcının qohumlarının geyiminə irad bildirmələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə