Məhşur DJ Bakıya gəlir

Türkiyənin məhşur DJ-i Onur Ergin Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, DJ oktyabr ayının 13-də paytaxtımıza təşrif buyuracaq. Konsert proqramı dəniz kənarında yerləşən AF Hotel-də baş tutacaq. Onunla eyni səhnəni DJ Roşka bölüşəcək.

Nəzərinizə çatdıraq ki, gecəni idarə etmək Novruz İsmayılova həvalə olunub. Müzəffər Qarayevin təşkil etdiyi konsertdə DJ-lər gənclər üçün möhtəşəm şou göstərəcək.

Qeyd edək ki, sözügedən konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə