Fərda sevənlərini belə güldürdü

Fərda sevənlərini belə güldürdü

Yumor ustası Fərda Xudaverdiyevin uzun zamandır gözlənilən "Stand up" şousu baş tutub. SİA-nın verdiyi xəbər görə, aktyor müxtəlif mövzulardan, ən əsası isə sosial şəbəkələrdən bəhs edərək gecəyə təşrif buyuranları xeyli əyləndirib.

Fərdanı izləmək üçün şou-biznes nümayəndələri də gəliblər. Onlar arasında müğənnilər Emil Bədəlov, Ayaz Qasımov, Günay İbrahimli, Zamiq Hüseynov, Yaşar Cəlilov, Pərvin Lətifov, meyxanaçılar Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Ehtiram və İntiqam qadaşları, akyorlar Elməddin Cəfərov, Elnur Hüseynov, media nümayəndələri və başqaları iştirak ediblər.

Sənətçi Günay İbrahimli səhnəyə çıxaraq Fərda Xudaverdiyevi təbrik edərək onunla xeyli zarafatlaşıb. Daha sonra İbrahimli repertuarında olan ən hit mahnılarından birini də ifa edib.

Qeyd edək ki, Fərda Xudaverdiyevin konserti "Yaşıl teatr"da həyata keçib. Təşkilatçı isə Nahid Emiloğludur.

Zaurə Əmirova

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə