Meyxana ustası Namiq Qaraçuxurlu növbəti mahnısını təqdim edib. Bu haqda SİA-ya meyxanaçının prodüsseri Ataş məlumat verib: "Namiq Qaraçuxurlu dayanmadan yeniliklər üzərində çalışır. O, növbəti musiqili meyxanasını təqdim edib. Meyxanaçının yeni bəstəsi "Olmur" adlanır. Sözügedən mahnının sözləri və musiqisi Qaraçuxurlunun özünə məxsusdur. Ümid edirik ki, "Olmur" mahnısı da sənətçinin digər meyxanaları kimi hit olacaq".
Qeyd edək ki, Namiq Qaraçuxurlu sevənlərini digər yenilikləri ilə də sevindirəcək.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB