İfaçı Aygün Kazımovanı seçdi

Xəbər verdiyimiz kimi, müğənni İradə İbrahimova xalq artisti Aygün Kazımovanın mahnısını müraciət edib. Bu barədə SİA-ya açıqlama verən İradə bildirib ki, "İndi sənsiz" mahnısını Aygün Kazımovanın ad günündə səsləndirib: "Aygün xanımın istəyi ilə bəstələrindən birini ad günündə ifa etməli idim. Mahnı seçimini özüm etdim. "İndi sənsiz" bəstəsi üzərində dayandım. Eyni zamanda da çox sevdiyim Xanım İsmayılqızının nəğməsi olduğu üçün oxudum. Həmin mahnı 2005-ci ildə lentə yazılaraq bir dəfə xalq artistinin ad günündə səsləndi və Aygün xanım tərəfindən çox bəyənildi. Bu gün öyrəndim ki, mahnı artıq "Youtube" kanalında yerləşdirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə