Röya “Mənəm” deyəcək

Hər kəsin sevimlisi olmağı bacaran Röya yeni hitə imza atır. SİA-nın verdiyi məlumata görə, bəstə "Mənəm" adlanır. Bu xəbəri ifaçının yaxın dostu Abbas Bağırov öz şəxsi "İnstaqram" səhifəsində yazıb: "Röyanı təbrik edirəm. Super ifa edib. Çox bəyəndim".

Qeyd edək ki, "Mənəm" adlı mahnının müəllifi Nailə Mirməmmədlidir. Sözügedən ifa tezliklə Röya sevənlərin ixtiyarına veriləcək.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə