Azərbaycanlı prodüsser iş başında

Azərbaycanlı prodüsser iş başında

Şou-biznes nümayəndələrinin əksəriyyətinin istirahətdə olmasına baxmayaraq prodüsser Təranə Səmədova dayanmadan çalışır. SİA-ya açıqlama verən prodüsser işlərinin çox olduğu söyləyərək dincəlməyə zaman ayıra bilmədiyini deyib: "Hazırda Lamiyə Novruzova, Nəsimi Məmmədov və "Şarm" qrupu ilə çalışıram. Lamiyənin ifa etdiyi "Bitərsə bitsin" mahnısı artıq hazırdır. Bəstə radio dalğalarında səslənir. Sözügedən mahnının sözləri Aygün İsmayılovanın, musiqisi isə Pərviz Mahmudovundur. Həmin mahnının klipini Anar Hüseynov ekranlaşdıracaq.

Nəsimi Məmmədov isə sözləri və musiqisi İsmayıl Əsədovun olan "Sən öz gəlişinlə həyatımı dəyişdin" adlı mahnısını ifa edəcək. Sözügedən mahnının da klipini Anar Hüseynov çəkəcək".

Qeyd edək ki, Təranə "Şarm" qrupu üçün də Pərviz Mahmudovdan mahnı aldığını və sözügedən bəstənin 15-20 günə radio dalğalarında səslənəcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə