Gənc ifaçı Fəqan Səfərov efirlərdən uzaq düşməsinin səbəblərini açıqlayıb. SİA-ya açıqlama verən Fəqan yaxın zamanlarda yeni mahnılarının işıq üzü görəcəyini də vəd edib: "Telekanallarda az görünməyimə səbəb, Bakıda olmamağım idi. Moskvaya getmişdim. Orada bir az işlərim var idi. Xüsusilə deyim ki, yaradıcılığımda yenilik var. 1 həftəyə yeni bəstələrim ərsəyə gələcək və inanıram ki, məni sevənlər tərəfindən bəyəniləcək".
Qeyd edək ki, Fəqan Səfərovla bir müddət öncə prodüsser kimi Təranə Səmədova çalışırdı. Hazırda isə yolları ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB