Türkiyənin məhşur aktyoru Kıvanç Tatlıtuğ yeni serialı üçün çəkisini artırır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor son illərdə itridiyi kilolarına yenidən qayıdacaq.
Nəzərinizə çatdıraq ki, Kıvanç "Kuzey Güney" serialı üçün 13 kiloqram, "Kelebeğin rüyası" filmindəki rolu üçün isə 5 kilo arıqlayıb. Davamlı pəhriz saxladığı və idmanla məşğul olduğu üçün 18 kilo itirən aktyor yeni çəkiləcəyi "Kurt seyt shura" adlı seriala görə öz keçmiş kilolarına qayıtmalı olacaq.
Qeyd edək ki, Hollivudun məhşur aktyoru Christian Bale oynadığı "Makinist" filminə görə 6 aya 30 kilo itirdiyi halda, çəkildiyi başqa film olan "Batman" üçün yenidən keçmiş çəkisinə qayıdıb. Tatlıtuğ da Bale kimi 2-3 saata karbohidrat, protein və yağlı yeməklər yeyəcək.


.jpg)






Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB