Avqust ayının 7-də növbəti "Yay festival"ı həyata keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Xəzərin sahilində baş tutacaq festivalda səhnəmizin ulduzları ilə gənc istedadlar bir arada möhtəşəm şou təqdim edəcəklər. Festivalın məqsədi gənc istedadları xalqa tanıtmaq və onlara dəstək olmaqdır. Festivalda iştirak edənlər arasında ancaq ən istedadlıları İsveçin Malmö şəhərində təşkil olunacaq konsert proqramında iştirak etmək hüququ qazanacaqlar. Həmçinin fərqlənən iki gənc müğənniyə klip çəkilişi hədiyyə ediləcək.
Qeyd edək ki, "Yay festival"ına qonaq qismində Fəxriyə Xələfova, Vüqar Əhməd, Nailə Mirməmmədli və digər tanınmış simalar da dəvət olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB