Yay istirahətini səmərəli keçirən gənc müğənni Ayan Babakişiyevanın yaradıcılığında yenilik var. SİA-nın verdiyi xəbərə görə, o, repertuarını tacik musiqisi ilə yeniləyib. İfaçı tacik xalq musiqisinə sözləri Xanım İsmayılqızı məxsus "Yar-yar" adlı mahnı ifa edib: "Xalq mahnılarımızdan ehtiyatla bəhrələnirəm. Heç bir səhvə yol vermək istəmirəm. Tacik mahnısını da böyük məsuliyyətlə hazırlamışam. Bəhrəsini görəcəyimə inanıram".
Ayan Babakişiyevanın xalq artisti Aygün Kazımova ilə gerçək dostluğundan da söz açıb. Münasibətlərinin səmimiyyət üzərində qurulduğunu deyən Ayan xalq artistinə böyük hörmət etdiyini söylədi. O, Aygün xanımdan böyüklük və səmimyyət gördüyünü bildirdi.
Xatırladaq ki, Aygün Kazımova bu günlərdə verdiyi solo konsertində səhnəyə gətirilən və adının baş hərfini əks etdirən böyük gül çələngi ətrafdakıların marağına səbəb olmuşdu. Həmin gül çələngini sevimli rəfiqəsi Ayan təqdim etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB