“Star 2013” kimlər oldular?

Uzun zamandır maraqla gözlənilən "Star 2013" mükafatlandırma mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək İlahə Nizamiqızı və Samir Bayramlıya həvalə olunub. Sözügedən müklafata müğənnilər, stilistlər, modelyerlər, prodüsserlər, rejissorlar, media nümayəndələri və başqaları layiq görülüb. Mərasim Yaşar Yusubun, Günay İbrahimlinin və digər sənətçilərin maraqlı çıxışları ilə davam edib.

Nəzərinizə çatdıraq ki, "Star 2013" mükafatlandırma tədbiri "Kral Rent A Car"ın sponsorluğu ilə həyata keçib.

Qeyd edək ki, Səs İnformasiya Agentliyinin əməkdaşı da "İlin çalışqan maqazin jurnalisti" adı ilə "Star 2013" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə