Çəkiliş vaxtı aktyora silahdan atəş açıldı

Çəkiliş vaxtı aktyora silahdan atəş açıldı

Türkiyəli aktyor Mete Horozoğlu dünən səhər saatlarında çəkilişdə olarkən yaralanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, çəkiliş məkanına yaxın 2 gənc bir-biri ilə dalaşıb və o an silahdan atəş açılıb. Həmin güllə isə aktyorun ayağını deşərək keçib. Ətrafdakıların köməkliyi ilə Mete xəstəxanaya yeləşdirilib. Həkimlərin sözlərinə görə, aktyor elə də böyük zərər almayıb və qısa müalicədən sonra xəstəxanadan çıxıb.

Qeyd edək ki, aktyor Mete Horozoğlu xəstəxanadan çıxdıqdan sonra həmin şəxsləri polisə şikayət edib. Hər iki gənc artıq polis nəzarətindədir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə