Türkiyənin məhşur aktrisası Tuba Büyüküstün və həyat yoldaşı aktyor Onur Saylak Türkiyəni tərk etmək qərarına gəliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük övladlarına daha yaxşı təhsil vermək üçün Fransaya üz tutacaqlar.
Nəzərinizə çatdıraq ki, Fransadan ev almaq istəyən cütlük ölkəni yaxşı tanımadığı üçün bu işdə onlara uzun müddət Parisdə yaşayan aktyor Cansel Elçin kömək edəcək.
Qeyd edək ki, aktrisa Tuba Büyüküstün və aktyor Onur Saylakın əkiz qızları Toprak və Maya 1 yaş 6 aylığındadırlar. Cütlük ölkəyə ancaq serial və film çəkilişləri vaxtı gələcək.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB