Əməkdar artist Teymur Əmrah estrada janrında düzgün oxuya bilən iki xanım sənətçinin adını çəkib. O, hər iki ifaçıya uğurlar arzu edib. Bu haqda SİA-ya Teymur müəllimin özü danışıb: "Bu gün Azərbaycan estradasının ana xətti itib. Biri türk, o biri iran sayağı oxuyur. Ancaq Günay İbrahimli və Natəvan Həbibi müasir estrada janrında ifa edə bilən sənətçilərdəndilər. Bu iki ifaçıya peşəkarlığı və tarixdə qalmalarını arzu edirəm. Ən əsası isə gələcək nəsil onların repertuarlarına müraciət edə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB