Daha bir türkiyəli müğənni paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, "Gövhər Grup"un rəhbəri bəstəkar Gövhər Həsənzadənin təşkilatçılığı ilə Demet Akalın Bakıya gələcək. Bəstəkarın Demet üçün yazdığı mahnı artıq hazırdır. Sözügedən mahnının sözləri isə Günel Sərdarqızına məxsusdur.
Qeyd edək ki, müğənni Demet Akalının konserti sentyabr ayında Heydər Əliyev sarayında baş tutacaq.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB