Onun ölümünə şou-biznes nümayəndələri də kədərləndi SORĞU

Onun ölümünə şou-biznes nümayəndələri də kədərləndi SORĞU

Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova vəfat edib. Mərhum sənətkarın vəfatı ilə bağlı olaraq şou-biznes nümayəndələri də bəstəkarın yaxınlarına baş sağlığı veriblər:

Aparıcı İlkin Həsəni: "Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundova dünyasını dəyişib. Allah rəhmət eləsin!"

Xalq artisti Faiq Ağayev: "Kədərli xəbərdir. Allah rəhmət eləsin!"

Xalq artisti Flora Kərimova: "Daha bir şəxsiyyətimizi, böyük və ilk bəstəkarımızı itirdik. Vaxtsız bizi tərk eden talehinə qovuşdu. Ruhunuz şad olsun. Allahdan sizə rəhmət diləməkdən başqa əlimizdən heçnə gəlməz. Yaxşı ki, var olmusuz və nə yaxşı ki, yaradıcılığınızdan mənə də pay düşüb".

Xalq artisti Aygün Kazımova: "Allah rəhmət etsin. Daha bir karifeyimiz həyatdan köçdü".

Müğənni Elçin Cəfərov: "Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundova dünyasını dəyişib. Mərhum sənətkarımıza Allahdan Rəhmət Diləyirəm".

Gənc müğənni Anar Məmmədov: "Azərbaycan incəsənətinə hədsiz töhvələr verən, görkəmli bəstəkarımız Şəfiqə Axundovaya Allahdan rəhmət diləyirəm".

Nəzərinizə çatdıraq ki, mərhum sənətkar Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Şəfiqə Axundova səhhətində yaranmış problemlərdən dolayı bir neçə gün əvvəl 1 saylı Mərkəzi Klinik Şəhər Xəstənasına yerləşdirilmişdi. 89 yaşlı mərhum bəstəkar ürək xəstəliyindən əziyyət çəkirdi. Şəfiqə xanım dünən xəstəxanada saat 12.30 radələrində vəfat edib. Bəstəkarla bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında vida mərasimi olacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə