Hər həftə Avropa.az saytında gedən "Music Star" verilişinin fərqli qonaqları olur. Aparıcı Anar İbrahimlinin təqdimatında bu həftə verilişin qonağı İzzət Bağırov olub. Sənətçi fəxri ad almadığına görə, təəssüflənmədiyini dilə gətirib. İzzət 23 ildir ki, namaz qıldığını və hər il Ramazan ayında oruc tutduğunu xüsusilə vurğulayıb. İfaçı orucluqda istirahətə gedə bilmədiyini də bildirib. İ.Bağırov həmkarı Sevda Yahyayeva ilə küsülü olduqları haqda yayılan şayiəyə aydınlıq gətirərək, xəbəri təkzib edib və Sevdaya hər zaman dəstək olduğunu söyləyib.
Qeyd edək ki, hər həftə Avropa.az saytında gedən "Music Star" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB