Rəqsanə: “Bahalı geyimlərimlə şou-biznesin birincilərindənəm”

Rəqsanə: “Bahalı geyimlərimlə şou-biznesin birincilərindənəm”

Müğənni Rəqsanənin Türkiyədə peşəkar komandaya etibar etdiyi fotosessiyasını xalq artisti Aygün Kazımovanın şəkilləri ilə müqayisə ediblər. Deyilənlərə görə, Rəqsanə özünü xalq artistinə bənzədib. Bu haqda SİA-ya sənətçinin özü açıqlama verib: "Mən yalnız özüm kimi olmaq niyyətindəyəm. Hər bir sənətçini öz adına görə tanıyırlar. Bu bənzətməni məhşurlaşmaq istəyən adam edər. Aygün xanıma hörmətim sonsuzdur. Ümumiyyətlə, kiməsə bənzəməyə və geyimini təkrarlamağa ehtiyacım yoxdur. Şükür Allaha, öz tərzimlə, geyimimlə məni tanıyırlar. Libaslarıma heç kim irad tuta bilməz. Çünki zövqümə güvənirəm və nə geyindiyimi yaxşı bilirəm. Hətta peşəkar modelyerlər belə dəfələrlə zövqümə tərif ediblər. Bahalı geyimimlə və zövqlü seçimlərimlə özümü şou-biznesdə birincilərdən hesab edirəm. Hətta bəzi insanlara geyim seçməkdə yardımçı oluram".

Bütün xəbərlər Facebook səhifəmizdə