Polat Alemdar heyvandarlıq biznesi ilə məşğul olacaq

Polat Alemdar heyvandarlıq biznesi ilə məşğul olacaq

"Kurtlar Vadisi-Pusu" teleserialının baş rol qəhrəmanını canlandıran Necati Şaşmaz bizneslə məşğul olacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor qardaşı Naci Şaşmazla birlikdə Bolunun Gerede rayonunda iri buynuzlu mal-qara saxlayacaq.

Nəzərinizə çatdıraq ki, Gerede Bələdiyyəsinin sədri Ömər Bagin aktyorların bu niyyətlərini sevinclə qarşıladıqlarını və onlara bu işdə dəstək olacaqlarını söyləyib. Rayona tez-tez gələn Necati və Naci Şaşmaz qardaşları sonuncu səfərləri zamanı mal-qara ferması yaratmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, Şaşmaz ailəsi bundan əvvəl rayonda böyük taxta fabriki də açıblar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə