Günay İbrahimlinin ilk sevgisi

Azərbaycanlı müğənni Günay İbrahimli illər öncəsinə qayıdaraq məktəb vaxtlarını xatırlayıb. O, səkkizinci sinifdə oxuyan zaman bəyəndiyi oğlandan da söz açıb. Bu haqda SİA-ya açıqlama verən İbrahimlinin özü danışıb: "Səkkizinci sinifdə oxuyan zaman özümdən 3 sinif böyük oğlandan xoşum gəlirdi. Sonra o, on birinci sinfi bitirib universitetə qəbul oldu. Məktəbi qurtarmağına baxmayaraq, tez-tez gəlirdi. Bir neçə ildən sonra həmin oğlanı gördüm. Məndən xoşu gəldiyini dedi. Mən isə zarafatla artıq onu bəyənmədiyimi söylədim (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə