21 yaşını belə qeyd etdi FOTO

Amerikanın məhşur müğənnisi Selena Gomez ötən gün 21 yaşını qeyd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Gomezin yaxın rəfiqəsi Julianne Hough məhşur ifaçı üçün 1920-ci illəri xatırladan doğum günü mərasimi keçirib. Ad günündə olduqca gözəl vaxt keçirən sənətçi fərqli geyimi ilə də seçilib.

Qeyd edək ki, qara qısa libası və başındakı şeytan buynuzlu qeyri-adi aksesuarı sənətçini fərqli göstərib.

İfaçının doğum günündə çəkilən şəkilləri sizlərə təqdim edirik:

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə