Azərbaycanın əməkdar artisti Azərin Türkiyədə Ramazan coşqusu yaradıb. SİA-nın verdiyi xəbərə görə, Azərin Türkiyənin Manisa Bələdiyyəsinin təşkilatçılığı ilə Cümhuriyyət meydanında konsert proqramı ilə çıxış edib. Ramazan ayı ilə bağlı əməkdar artistimizin çıxışı Manisalılar tərəfindən maraqla izlənib. Manisada Azərbaycan küləyi əsdirən Azərin, bu dəfə də "Çırpınırdı qara dəniz" mahnısı ilə Türk tamaşaçıların böyük alqışını qazanıb. Sənə tçimiz bu əsər vasitəsilə bir daha iki ölkə arasında olan qardaş münasibətlərin əhəmiyyətini vurğulayıb. Onu da qeyd edək ki, Azərin "Çırpınardı qara dəniz" türküsünü meydana toplaşan tamaşaçılarla bir yerdə ifa edib. Azərbaycan sənətçisinin Türkiyədə verəcəyi konsertlər hələ bundan sonra da davam edəcək. Müqqəddəs Ramazan günlərində Türkiyənin bir çox yerlərində Azərinin solo konsert proqramları davam edəcək.
Konsertə qatılanlar arasında Türkiyənin tanınmış siyasi xadimləri, Bələdiyyə Başçısının Köməkçisi Nursel Ustamehmetoğlu və Mömin Dəniz, İdeal Yanvar, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başçısı Kaffer Hangül də iştirak etib. Qardaş ölkə Türkiyənin Şahzadələr Şəhərində olmaqdan, burada çıxış etməkdən böyük qürur hissi keçirdiyni deyən Azərin konsert proqramında "Türkiyəm", "İti bıçaq" ,"Qalx ayağa türk oğlu" kimi bir-birindən maraqlı mahnılar səsləndirib. Bundan əlavə "Azəri xalq oyunları" qrupu konsertə xüsusi rəng qatıb. Əməkdar artisti türk tamaşaçıları ayaq üstə alqışlayıblar.
Qeyd edək ki, konsertin sonunda Manisalılara unudulmaz bir Ramazan axşamı yaşatdığı üçün Bələdiyyə Köməkçisi Nursel Ustamehmetoğlu Azərinə xüsusi təşəkkürünü bildirib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB