"Samir Xəttab konsertin viza işlərini həll edə bilməyib"

"Samir Xəttab konsertin viza işlərini həll edə bilməyib"

Uzun zamandır anonsu gedən məhşur "Akcent" qrupu ilə gənc müğənni Aysel Əlizadənin konserti baş tutub. "Akcent" qrupunun iki məhşur üzvü gözə dəyməyib. Bu da Ayseli çox əsəbləşdirib. Konsert haqqında SİA-ya açıqlama verən Aysel Əlizadə konsertin təşkilindən narazı olduğunu deyib: "Konsertə iki gün qalmış xəbərim oldu ki, "Akcent" qrupunun 2 üzvü gəlməyəcək. Mənə dedilər ki, qrupun viza işlərinə Samir Xəttab məşğul olur. Sonra da bildirdilər ki, Samir viza işini həll edə bilməyib. Hətta onu da deyim ki, konsertin təşkilatçısı Faiq Əli olmağına baxmayaraq, əsas yük mənim çiyinlərimə düşdü. Ona görə səhnəyə çıxaraq adımla bağlı layihənin zəif və biabırçı olmasını istəmədim. Əslində, əsas işlər təşkilatçının üzərində olmalı idi. Onu da deyim ki, vəd olunan səhnə də qurulmadı. Konsertin anonslarını belə özüm həll etdim. "Akcent" oxuyan zaman mahnısı kəsildi. Adi notebook tapılmırdı ki, mahnılar səsləndirilsin. Hələ sadalamaq istəmədiyim başqa nüanslar da var idi. Atəşfəşanlıq, rəqs qupunu da özüm təşkil etmişdim".

Qeyd edək ki, sənətçi Azərbaycanda təşkilatçılardan ancaq Nahid Emiloğludan razı olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə