Demet Akalın hamilədir

Türkiyənin tanınmış müğənnisi Demet Akalın hamilədir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçının bu xəbəri təsdiqləməsinə səbəb yoxlama cihazı olub. Belə ki, ötən axşam "İstinye" parkına gedən ifaçı təhlükəsizlik işçisinə "Mən hamiləyəm" deyərək yoxlama cihazından keçməyib.

Nəzərinizə çatdıraq ki, sənətçi öz twitter səhifəsindən isə bu sözlərin yalan olduğunu yazıb: "Haqqımda deyilənlər yalandır. Sadəcə mən hava limanını çıxmaq şərti ilə digər yerlərdə olan yoxlama cihazından keçmirəm. Çünki bu cür cihazlar insanda xərçəng xəstəliyi yaradır".

Qeyd edək ki, müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt 23 aprel 2013-cü il tarixində ailə həyatı qurublar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə