Yay fəsli olmağına baxmayaraq, Respublukanın əməkdar artisti müğənni və bəstəkar Tünzalə Ağayeva aktiv işləyir. SİA-nın verdiyi xəbərə görə, yaxın zamanlarda sənətçinin yaradıcılıq fəaliyyətində böyük dəyişikliklər gözlənilir. Buna səbəb isə Türkiyənin aparıcı və məhşur musiqi kanalı TRT Müzik-in ona təklif etdiyi böyük layihəsidir. Bu səbəbdən Tünzalə xanım və prodüsseri Yalçın Cabbarov artıq bir neçə gündür ki, İstanbulda kanal rəhbərliyi ilə danışıqlar aparır. Layihə haqqında geniş məlumatı sənətçi yaxın günlərdə Bakıya döndükdən sonra xəbər verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB