Rafet El Roman və Ezonun konserti necə keçdi? FOTO

Rafet El Roman və Ezonun konserti necə keçdi? FOTO

Türkiyənin tanınmış müğənnisi Rafet El Romanın "Romantik yay axşamı" adlı konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Nanə Ağamalıyevaya həvalə olunub. Rafet sevənlərini 1 saat gözlədib. Müğənni ən sevilən mahnılarını ifa etdikdən sonra səhnəyə azərbaycanlı duet ortağı Ezonu dəvət edib. Daha sonra birgə "Kalbinə sürgün" adlı duetlərini ifa ediblər. Konsert zalda əyləşən tamaşaçıların alqışları ilə yekunlaşıb.

Qeyd edək ki, gecədə özəl qonaq kimi xalq artisti Aygün Kazımova olmalı idi. Ancaq xanım Kazımova türkiyəli müğənninin gözünü yolda qoyaraq, konsertə gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə