Türkiyənin məhşur müğənnisi Keremcem aktrisa Seda Güvənlə eşq məcərası yaşayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük müğənni Zeynəb Casalininin konsertinə dəvət alıb. Konsertdə olduqca səmimi görünən sevgililər kənardakıların qınağından da çəkinməyiblər. Müğənni Zeynəb Casalininin xahişi ilə səhnəyə çıxan Keremcemin sevgilisi onu ayaq üstə izləyərək alqışlayıb.
Qeyd edək ki, müğənni Keremcem və aktrisa Seda Güvən birlikdə rol aldıqları "Merhaba hayat" serialında tanış olublar.
Zaurə Əmirova





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB