Son günlər Space telekanalı, xüsusilə də teleaparıcı, Səhər Proqramları Departamentinin rəhbəri Kəmalə Xəlilovanın adı ətrafında söz-söhbətlər səngimək bilmir. Bir neçə gün susmağa üstünlük verən Kəmalə xanım nəhayət, mediaya açıqlama verib: "Son zamanlar mənə qarşı olan ittihamlar və böhtanların əsas səbəbi sadəcə paxıllıqdır. Məhz bu paxıllıq bəzi bacarıqsız insanları belə çirkin addım atmağa vadar edir. Sirr deyil ki, bizim işgüzar komandamız qısa bir müddət ərzində "Həyat davam edir" verilişinin reytinqinin yüksəlməsinə nail oldu və bu nailiyyətimiz qısqanc, paxıl adamlara böyük zərbə vurdu. Normal iş prosesimizə mənfi təsir göstərmək məqsədilə "paxıllar qruplaşması" ardıcıl olaraq öz gördüyü işləri, nailiyyətləri ilə yox, yalnız bax belə yalan iftiralarla hərəkətə keçdilər. Təbii ki, belə insanlar ancaq bu yolu seçə bilərdilər, çünki öz işlərində uğur və ya hər hansı nailiyyət qazanmaq imkanları yoxdur. Əslində, mənim belə adamlara yazığım gəlir. Bu günə qədər də bu kanalda sadəcə böyük məsuliyyətlə öz vəzifə borcumu yerinə yetirmişəm. "Atı cıdırda çaparlar, telekanalda yox!" Ələxsus da Vaqif Mustafayev kimi yaradıcı və peşəkar bir şəxsin rəhbərlik etdiyi kanalda bu qeyri-mümkündür. Əgər bu "paxıllar qruplaşması" belə iyrənc çirkin böhtanlarla bizim işimizin gedişatına təsir etmək istəyirlərsə, boşuna əziyyət çəkməsinlər, çünki "Həyat davam edir!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB