Azərbaycanın xalq artisti Mübariz Tağıyev son zamanlar adları qalmaqallarda səngimədən hallanan həmkarlarından söz açıb. SİA-ya açıqlama verən Tağıyev xalq artistlərinin bir-birlərinə qarşı xoşagəlməyən sözləri ünvanladıqlarının əlehinə olduğunu deyib: "Axır vaxtlar adları söz-söhbətlərdə çəkilən xalq artistlərinin dalaşmaqları heç də xoş abu-hava yaratmır. Onların işlərinə qarışmaq istəməzdim. Ancaq bunu efir vasitəsi ilə nümayiş etdirmək lazım deyil. Ola bilər ki, incisinlər. Amma bu ona dəlalət gətirmir ki, bir-birilərinə qarşı sərt ittihamlar söyləsinlər. Biz sənət adamlarıyıq. Belə qalmaqallı məsələlərin tam əleyhinəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB