Amerikanın məhşur müğənnisi Elton Con ölümdən dönüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa turnesinə çıxan ifaçıya həkimlər appendisit dioqnozu qoyub. Antibiotik müalicəsindən sonra Con əməliyyat olunmalı idi. Lakin xəstəxanaya getmək əvəzinə, sənətçi 10 konserti böyük ağrılarla başa çatdırıb. Səhhətinin pisləşdiyini görən Elton Con digər konsertlərini yarımçıq qoyaraq xəstəxanaya aparılıb.
Nəzərinizə çatdıraq ki, həkimlər bu cür ağrılarla konsert verdiyi üçün Eltonun ölüm ehtimalının böyük olduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, müğənni Elton Conun səhhətində yaranan problemə görə, Almaniya, Fransa, İngiltərə, İtaliya və İspaniyadakı konsertləri təxirə salınıb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB