Azərbaycanlı müğənni Günay İbrahimli "Söz olar" mahnısına klip çəkdirir. Klip çəkilişləri haqqında sənətçinin SİA-ya özü məlumat verib: "42 dərəcə istidə "Söz olar" mahnısına qarpız bostanlığında klip çəkdirdik. Sözügedən klipdə mən oğlanı sevirəm. Ancaq o məni sevsə də, sevgisini bildirmir. Sevdiyim oğlan yük maşınının sürücüsü olur".
Nəzərinizə çatdıraq ki, "Söz olar" klipinin ideya müəllifi Kəmalə Hüseynova, rejissor-operatoru Elmir Süleymanovdur. Mahnının sözləri və musiqisi isə Tural Bakuviyə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB